Yeni yaşa yeni uğurlarla…

Mahirə xanım, doğum gününüz mübarək!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə
prorektoru, AYB-nin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 1960-
cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu
(indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. 1968-ci il də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Xalxal
kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuş, yaşayış yerini dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə
adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir.
1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun
(ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı illərdə öz
fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu
fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri
Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil
işçisi” adına layiq görülmüş, qızıl döş nişanı ilə təltif edilmişdir. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I
dərəcəli diplom almışdır. 2004-cü ildə Azərbaycan Respublikasının “qabaqcıl təhsil işçisi” döş nişanı, 2007-ci ildə “Qızıl qələm” Media Mükafatı
Laureatı, “İlin Alimi” Media Mükafatı Laureatı və s. mükafatlara layiq görülmüşdür.
2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir
Azərbaycan dili kafedrasının müəllimi kimi fəaliyyətə başlamış, 2004-cü
ildən baş müəllim, 2015-ci ildən həm Müasir Azərbaycan dili kafedrasının
dosenti, həm də həmin ildən həmin kafedranın müdiri vəzifəsinə təyin
olunmuşdur. 2018-ci ildən Müasir Azərbaycan dili kafedrasının professoru
adını almışdır. Həmin ilin dekabr ayının 10-dan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.
2021-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq
Əlaqələr üzrə Prorektoru vəzifəsində çalışmışdır.
ADPU-nun müəllim və tələbələrin Orduya dəstək kampaniyasında fəal
iştirakını təşkil etdiyinə görə 2020-ci il 4 noyabr Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyi tərəfindən Milli Ordu-100 medalı ilə təltif
edilmişdir. Eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri Üzvü adına layiq görülmüşdür.

Şərh yazın